Komitə sədri deputatlarla razılaşmadı
23 Noyabr 2022 13:42 Siyasət"Bu gün iqtidar siyasi partiyaların ictimai-siyasi rolunun artmasında maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib."Azərbaycan dövləti bu istiqamətdə işlər görür. Siyasi partiyaların rolu günü-gündən artır. Bəzi deputatların çıxışı ilə razı deyiləm, az müddətdə 18 maddədə 45 düzəliş edilib. 30 il də isə düzəliş rəqəmi 70 olub, görün, nə qədər fərq var. Hələ bunun ikinici, üçüncü oxunuşu, plenar iclası var, yenə düzəlişlər ola bilər. Eyni zamanda, ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistemlə bağlı boşluqlar var. Ölkədə çoxpartiyalıq hələ oturuşmayıb", - deyə komitə sədri vurğulayıb.