Narahatlıq aradan qaldırılıb - Komitə sədri
23 Noyabr 2022 13:11 Siyasət"Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantı ictimai müzakirələrin nəticəsi olaraq təqdim edilir. "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, vitse-spiker Əli Hüseynli parlament komitələrinin birgə iclasında deyib.Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanun layihəsinə yenidən baxılması vacib idi:"Qanuna bir neçə düzəlişlər edilib. Bu düzəlişlər nəticəsində ictimai müzakirələrdə olan narahatlıq aradan qaldırılır. Bir daha qeyd edirik ki, qanun layihəsi beynəlxalq hüquqa əsaslanaraq hazırlanıb və tələblərə cavab verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31