Deputatımız AŞPA-nın Komitə iclasına qatılacaq


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 23-də İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfər edəcək . Olaylar xəbər verir ki, İclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcəkdir.
Səfər noyabrın 26-da başa çatacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31