Siyasi partiya siyasi etika və mədəni davranışları ilə örnək olmalıdır
22 Noyabr 2022 13:19 Siyasət"Siyasi partiya tək partiya olmağı ilə deyil, həm də siyasi etika və mədəni davranışları ilə örnək olmalıdır. Qanun hər kəs üçün örnək olmağı ilə barabər, partiyada tərbiyə mühütü hər zaman seçilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, Partiyada siyasi mədəniyyət, siyasətçi etikası deyə bir şey var: "Əgər bunlara hörmət olunmasa, sənin xalq tərəfindən sevilməyin hörmətli olmağın sual doğurur. Həqiqətən də bu insanlar əxlaqdan uzaqdırlar. O insanlarla heç vaxt milli birlik əldə edə bilməyəcəksən. Bu çür insanların işi ancaq hər şeyi qara görmək, hər yaxşı işə kölgə salmaqdır. Partiyalar arasında siyasi münasibətlərin normallaşmasını istəməyənlər və bu kimi halları,YAP ın 30 illiyinə getmiş partiya liderlərini tənqid edənlər iqtidar müxalifət qarşıdurmasından qidalanan açı reallıqdır. Həqiqətən də ciddi və real inkişaf, dəyişiklik istəyiriksə daha çox irəli baxıb, gizli oyunlara, şər böhtana son qoymaq, sivil münasibətlərlə rəqabət aparmaq lazımdır".