Nazirlik 3.300-ə yaxın hüquqi akt layihəsi hazırlayıb və ya onlara rəy verib - ÖZƏL

Ədliyyə Nazirliyi tərəfindən doqquz ayda əksəriyyətini iqtisadi və sosialyönümlü, o cümlədən müharibə veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məsələlərini əhatə edən 3.300-ə yaxın hüquqi akt layihəsi hazırlanmış və ya onlara rəy verilmişdir. "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov öz məqaləsində qeyd edib. Bildirib ki, Qanunvericilikdəki yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə "Hüquqi aktların vahid elektron bazası"ndan (e-qanun.az) istifadə sayı 2 dəfəyədək artaraq 2.1 milyonu ötmüşdür. Həmin resursun yeni mobil versiyası yaradılaraq istifadəyə verilmiş və ondan insanların daha tez və asan bəhrələnməsi üçün geniş ictimai təqdimatlar keçirilmişdir. Təqdimatlar demək olar ki, ölkənin bütün hüquq ictimaiyyətini - millət vəkilləri, hakimlər, prokurorlar, vəkillər, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və hüquqşünas tələbələrini, habelə bələdiyyə nümayəndələrini, sahibkarlar və bank sektorunu, vətəndaş cəmiyyəti institutlarını əhatə etmiş, çoxsaylı KİV nümayəndələri tərəfindən geniş işıqlandırılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31