“Qərb Suriya məsələsindən Moskva ilə qarşıdurma üçün istifadə etməyə çalışır”, - ÖZƏL

"Qərb ölkələri Suriya məsələsindən Moskva ilə qarşıdurma üçün istifadə etməyə çalışırlar".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
"Qərbin hazırda oynadığı dağıdıcı rolu qeyd etməliyəm. Biz görə bilərik ki, o, Suriya məsələsindən başqa bir cəbhədə Rusiya ilə qarşıdurma üçün istifadə etməyə çalışır" - o, bildirib.
Lavrentyevin sözlərinə görə, Rusiya bunun əksinə olaraq hesab edir ki, Suriyada vəziyyətin sabitləşməsi üçün beynəlxalq ictimaiyyət birləşməli və birgə səyləri dəstəkləməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31