Sahibə Qafarova Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
22 Noyabr 2022 11:37 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb. Milli Məclisdən "Olaylar"a bildirilib ki, Milli Məclisin sədri Milli Assambleyanın sədrini salamlayaraq, Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31