Sahibə Qafarova ASEAN PA-nın 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib
21 Noyabr 2022 16:01 SiyasətXəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN ParlamentlərarasıAssambleyasının (AİPA) 43-cü Baş Assambleyasındaiştirak etmək üçün Kambocada səfərdədir. Noyabrın 21-də AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədriKamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində Assambleyada iştirak edir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti AkkaMohaPonheaÇakriHenqSamrin qonaqları salamlayıb. Kamboca Krallığının Kralı Əlahəzrət NorodomSihamoninin tədbir iştirakçılarına müraciəti oxunub.
Sonra Kamboca Krallığı Senatının sədri VibolsenaFikdei Say Çum, Kamboca Krallığının Baş naziri və ASEAN-ın sədri AkkaMoha Sena PadeiTeko Hun Sen,Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti AkkaMohaPonheaÇakriHenqSamrinçıxış etdikdən sonra təşkilati məsələlərin müzakirə olunduğu Birinci Plenar Sessiya keçirilib.


