YAP İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı daha da zirvələrə qaldıracaq - ÖZƏL

"30 ilin böyük bir dövrünü hakimiyyət partiyası kimi fəaliyyət göstərmək hər bir siyasi qüvvənin bacaracağı iş deyil. Bu faktın özü də onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi təsisatıdır". Bu fikirləri "OLAYLAR"-a "Mili İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu gün də Yeni Azərbaycan Partiyası hakimiyyət partiyası olaraq ölkənin inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verir: "Məhz bu amildir ki, Yeni Azərbaycan Partiyası haqlı olaraq xalqın partiyası adlandırılır".

Arzuman Muradlı qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindənb qoyulan YAP-da bu gün də ümummilli liderin ideyaları, müəyyənləşdirdiyi yol əsas ana xətt kimi götürülür və bu yolla irəliləyən Yeni Azərbaycan Partiyası ildən-ilə yeni uğurlara imza atır: "Birmənalı olaraq qeyd edə bilərik ki, Yeni Azərbaycan Pariyası bundan sonra da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni nailiyyətlərə imza ataraq Azərbaycanı daha da zirvələrə qaldıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31