Siyasi partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunacaq
21 Noyabr 2022 11:56 SiyasətDövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olacaq. "Olaylar"xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksni tapıb. Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.
Qeyd edək ki, layihənin ilkin versiyasında bu tələb 10 min idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31