Azərbaycanlı bloqçu erməni mətbuatında

Azərbaycanlı bloqçu, yazılarında hakimiyyətə qarşı əsassız ittihamlar səsləndirən Arzu Qeybullayevanın Türkiyə ermənilərinin qəzeti kimi tanınan "AQOS"-da məqaləsi dərc edilib. "OLAYLAR"-ın xəbərinə görə, məqalə müəllifi bu dəfə də qələmə aldığı yazıda qeyri-obyektiv fikirlərə daha çox yer ayırıb. Məqalədə Arzu Qeybullayeva iddia edir ki, həm Türkiyə, həm də Azərbaycanda söz və mətbuat azadlığına qarşı güclü basqılar var və guya hər iki ölkə hakimiyyət anti-demokratik siyasət yürüdür. Arzu Qeybullayevanın iddiasına görə, Azərbaycan və Türkiyə bir-birinə dost-qardaş ölkə desə də, müəyyən məsələlərdə Ankara ilə Bakı arasında problemlər, fikir ayrılıqları ortaya çıxır.

PS. Maraqlıdır ki, Arzu Qeybullayeva qələmə aldığı yazını niyə Türkiyənin sayılıb-seçilən mətbu orqanları deyil, məhz erməni qəzeti kimi tanınan "AQOS"-da çap etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00