YAP ümumxalq partiyasına çevrilib
21 Noyabr 2022 11:23 Siyasət"Ümummilli Lider Heydər Əliyevin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, siyasi ləyaqət etalonu yaradıb". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Emin Hacıyev deyib. Bildirib ki, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafı istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib: "Ulu Öndər Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atıb. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31