YAP gələcəyin partiyasıdır - ÖZƏL
21 Noyabr 2022 10:36 Siyasət"Ümummilli Lider Heydər Əliyevin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, siyasi ləyaqət etalonu yaradıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin hərtərəfli inkişafı istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atıb. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır: "YAP Azərbaycan Gəncliyinin, ideologiyasının formalaşmasında müstəsna xidmətlərə malikdir. YAP dünən öz işini görüb, artıq bu günün və Gələcəyin Partiyasıdır! Bu münasibətilə siyasi həmfikirlərimizi təbrik edir və ölkəmizin tərəqqisi yolunda uğurlar arzulayıram!"