Paşinyan rəhbərliyindəki Ermənistanın ikili oyunları - ÖZƏL
21 Noyabr 2022 10:28 Siyasət"İkinci Qarabağ müharibəsinin bitməsindən iki il ötsə də, hələ də öz həllini tapmayan bir çox məsələlər var. Azərbayacan-Ermənistan arasında münasibətlər normallaşmayıb, sülh müqaviləsi imzalanmayıb, sərhədlərin delimitasiya və demarksiya olunması həyata keçirilməyib. Bundan başqa hələ də Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarılmayıb, Zəngəzur dəhlizi istifadəyə verilməyib və s. Lakin bütün bu işlərin icrasında maraqlı olmayan tərəf birmənalı olaraq rəsmi İrəvandır".
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycanın münasibətləri normallaşdırmaq üçün atdığı addımlara qarşı olan, əks mövqe sərgiləyən, 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyib desturiktiv mövqedən çıxış edən məhz, Ermənistan Respubilkasıdır: "Paşiniyan istər Soçidə, istərsə də Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atıb. Ancaq buna baxmayaraq Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın "status" məsələsini gündəlikdə saxlamaq cəhdləri, rəsmi Tehranın "Ermənistanın təhlükəsizliyi-İranın təhlükəsizliyidir" yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükə yaradır".
Bəs sülh sazişinə alternativ kimi ölkəmiz hansı addımları ata bilər?
Pərviz Mirizadə hesab edir ki, Laçından keçən alternativ yol üzərində yoxlama məntəqisinin yerləşdirilməsi, Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması, qanunsuz erməni silahlılarına qarşı antiterror əməliyyatının keçirilməsi və s. atılmalı olan addımlardır: "Rəsmi İrəvan müharibədən sonra ordu mənsublarının Qarabağdan çıxartdıqlarını, ərazidə qalan silahlı güclərin özləri ilə aidiyyatı olmadağını və həmin silahlı birləşmələrin qondarma rejimin özünü müdafiə gücləri olduğunu bildirir. Lakin rəsmi Bakının anti-terror əməliyyatları məsələyə aydınlıq gətirəcək, tabutların hara getdiyi məlum olacaq və Azərbayacan, Ermənistanın ölkəmizə qarşı ərazi təcavüzü siyasətini davam etdirdiyini təstiqləyəcək. Bununla Ermənistan Qarbağda bütün təsir imkanlarından məhrum ediləcək. Rəsmi İrəvan bunları yaxşı anlamalı, Azərbaycanın atacağı addımların yeni geosiyası reallıqlar formalaşdıracağını bilməlidir".