"Bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır” - VİDEO
19 Noyabr 2022 21:03 SiyasətABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi "ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi" mövzusunda müzakirələr zamanı bildirib ki, artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtıdır.
Olaylar.az xəbər verir ki, o, bildirib ki, Minsk qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir:
"Azərbaycan bəyan edib ki, Minsk qrupu ilə işləməyəcək. Hesab edirəm ki, bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır".
Daha ətraflı Baku TV-nin süjetində:
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31