"Bu tamaşanın iqtisadi mənası itdi və heyət kəskin ixtisar edildi" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə Real Partiyasının sədri İlqar Məmmədov "Facebook" hesabında bildirib.

O qeyd edib ki:

"Twitter 7500 əməkdaşından ancaq 750-ni saxlayıb, qalanını işdən çıxarıb. İnternet texnologiyaları sahəsində işləyən səhmdar cəmiyyətlər daha böyük görünüb səhmlərini daha baha satmaqdan ötrü minlərlə lazımsız əməkdaş işə götürürlərmiş.

Sonra da bu işçilərə gözəl, amma iqtisadi baxımdan qeyri-real "iş şəraiti" yaradıb guya yeni, daha müasir əmək münasibətləri yaradırlarmış. Nə qədər yeni nəsil kommunist xəyalpərəst varsa, hamısı yığılırdı ora və (bekarçılıqdı da) uydurma dəyərlər əsasında onu-bunu senzuraya məruz qoyurdu.

Elə ki, Twitter Maskın özəl mülkiyyəti oldu və səhmlərin birjada satışı dayandırıldı, bu tamaşanın iqtisadi mənası itdi və heyət kəskin ixtisar edildi. İndi hər kəs böyük texnoloji şirkətlərə əslində nə qədər əməkdaşın lazım olduğunu görməyə başlayır.

Azərbaycanda da şişirdilmiş işçi heyətinə görə tənqidlərlə üzləşən şirkətlər az deyil. Burada şişirtmənin səbəbi birja yox, köhnə kommunist münasibətlərinin çürükləridir. Yəni kommunistin istər yenisi, istər köhnəsi - hamısı səmərəsiz iqtisadi münasibətlər adalarında qidalanır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31