Azərbaycan minatəmizləmə sahəsində ABŞ şirkəti ilə əməkdaşlıq edəcək - FOTO
18 Noyabr 2022 20:58 SiyasətAzərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Olaylar.az bildirir ki, bu barədə bu gün ANAMA-dan bildirilib.
Qeyd olunub ki, Anlaşma Memorandumu "Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar" mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində imzalanıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31