Deputat Jalə Əhmədova “Romance Palace”da təşkil edilən mükafatlandırma mərasimində iştirak edib - ÖZƏL - FOTOLAR
18 Noyabr 2022 19:17 SiyasətOlaylar.az xəbər verir ki, "Romance Palace"da təşkil edilən mükafatlandırma mərasiminə Milli Məclisin deputatı Jalə Əhmədova da qatılıb.
O bu barədə öz "Facebook" hesabında bildirib:
"Mətbuat firması tərəfindən "Romance Palace"da təşkil edilən mükafatlandırma mərasimində mədəniyyət, incəsənət, tibb, elm, media sahəsində tanınmış şəxslər, ictimai xadimlər, iş adamları və s. digər peşə sahibləri təltif edildi.
Öz sahəsində uğur qazanan ən yaxşı isimlərin mükafatlandırıldığı gecədə "İlin aktiv personası 2022" mükafatı ilə təltif edilməyimlə şərəf duydum.
Məni bu yüksək mükafata layiq görən hər kəsə dərin təşəkkürlərimi bildirirəm."




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31