2025-ci ilə qədər Ağdam - Xankəndi qaz kəməri çəkiləcək
16 Noyabr 2022 19:38 SiyasətAzərbaycan 2025-ci ilə qədər Ağdam ‒ Xankəndi qaz kəmərini çəkəcək.
Olaylar.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam ‒ Xankəndi qaz kəmərinin və üzərində qaz tənzimləyici məntəqələr quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31