"Hamı xorla Ermənistana dəstək verdi, sadəcə 1 nəfər barmaq silkələdi" - ÖZƏL - FOTO
16 Noyabr 2022 19:35 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə öz "Facebook" hesabında politoloq Elbəyi Həsənli bildirib.
O qeyd edib ki:
"Fransa Senatında qəbul olunmuş qərara 295 nəfər səs verib. Bəs bu qərara neçə deputat etiraz edib? Cəmi 1 nəfər. Yəni Fransa Senatında hamı xorla Ermənistana dəstək verib, müvafiq olaraq Azərbaycana barmaq silkələyib...
Yaxşı, qərara etiraz edən kimdir? Nathalie Goulet 1958-ci ildə doğulub. 2007-ci ildən Fransa Senatının üzvüdür. Fransa-Türkiyə Dostluq Qrupunun sədridir. Əmin olun ki, bu qrup da olmasa, elə bu xanım da həmin qərara ikiəlli səs verəcəkdi..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31