2026-cı ilədək işğaldan azad edilən ərazilərdə qazpaylayıcı şəbəkə qurulacaq
16 Noyabr 2022 19:11 Siyasətİşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək qaz təchizatı məqsədilə paylayıcı şəbəkə qurulacaq.
Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31