2026-cı ilədək azad edilən ərazilərdə 35 minə yaxın mənzil və fərdi yaşayış evi inşa ediləcək
16 Noyabr 2022 19:09 Siyasət2026-cı ilədək işğaldan azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək.
Olaylar.az bildirir ki, bu barədə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda qeyd edilib.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31