Aliment və ailənin saxlanılmasının digər formaları barədə beynəlxalq konvensiya təsdiqləndi
16 Noyabr 2022 19:05 SiyasətPrezident İlham Əliyev "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Olaylar.az xəbər verir ki, sənədə əsasən, "Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında" 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31