Məmmədyarov həmsədrlərlə görüşəcək

Görüş Vyanada baş tutacaq

Bu gün Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirəcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

E. Abdullayev bildirib ki, nazir E. Məmmədyarovun həmsədrlərlə həmin gün keçirəcəyi növbəti görüşə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da qatılacaq.

Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolu və prosesin hazırkı durumu müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00