Yeni müxalifət birliyi yarandı

AMİP, ACP, Böyük Azərbaycan Partiyası, İslam Demokrat Partiyası, KXCP, ALP və Xalq Azadlıq Partiyası  yeni birlik, Demokratik Qüvvələr Birliyiinin  yaranmasını elan edərək onun əsasnaməsini qəbul ediblər. "OLAYLAR"-a daxil olan məlumata görə, DQB-yə  daxil olan partiyalar bu birliyin yaradılması ilə öncədən olan  kövrək əməkdaşlıqdan yeni mərhələyə-daha dərin inteqrasiyaya qədəm qoymasını bəyan edir .Birlik Azərbaycan Respublikasının konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir, demokratik mübarizə üsullarından istifadə edir. Birliyin fəaliyyətinin əsas istiqamətləri üzvlərin birgə fəaliyyətini təmin etmək, qarşıya qoyulan əsas məqsədə nail olmaq üçün, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının real təmin olunmasına yönəlik təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq və onları aid olduğu dövlət orqanlarına təqdim etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00