Prezidentin jurnalistə kömək göstərməsini partiyalar da müsbət qiymətləndirib
11 İyul 2013 17:38 SiyasətPrezident İlham Əliyevin jurnalist Nicat Dağların müalicəsini öz üzərinə götürməsi siyasi partiyalar tərəfindən də müsbət qarşılanıb. BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a bildrib ki, prezidentin bu addımı çox yüksək qiymətləndirir: "Prezident İlham Əliyev jurnalist Nicat Dağların həyatını xilas etdi. Jurnalist Nicat Dağların müalicəsi ilə bağlı bütün xərci öz üzərinə götürməsini sevinclə qarşıladım. Nicat Dağlar uzun illərdir Azərbaycan mətbuatında çalışan şəxsdir. Öz imzasını çoxdan təsdiq etmiş jurnalistlərdəndir. Təəssüf ki, jurnalistin səhhətində bu cür problem yaranıb. Mənə yaxın dostlardan birinin veridyi məlumata görə, 10 gün ərizində Nicat Dağlara kömək edilməsəydi, səhhəti həddindən artıq ağır olacaqdı". Partiya rəsmisinin sözlərinə görə, prezidentin bu addımı bir daha onu göstərir ki, əsas insan amilidir və insana verilən dəyərdir: "Bu çox təqdirəlayiq haldır. Demək olar ki, dünən və bu gün də sosial şəbəkələrin əsas statusu məhz prezidentin jurnalistin həyatını xilas etməsindən bəhs edilir. Hər kəs prezidentdə öz təşəkkürünü bildirir".