“Siyasətdə ən asan iş bütün günahları Amerikanın üstünə yıxmaqdır” - AÇIQLAMA

Vəfa Quluzadə: “Ağ Ev xarici siyasət prioritetlərini dəyişməyəcək”

Tanınmış politoloq Çarlz Kupçan İtaliyanın "La Stampa" qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın inqilab praktikasından imtina eedib. "Obama "ərəb baharı"nı arxivə göndərib və indi onun əsl müttəfiqləri şeyxlərdir" - Kupçan deyib. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, Kupçanın ABŞ-ın yürütdüyü siyasətdən xəbəri yoxdur. Ona görə də amerikalı politoloqun və "La Stampa"nın iddialarının heç bir məntiqi əsaslara söykənmir: "ABŞ-ın dünyanın super gücünə sahib dövlətdir. Ona görə Amerikanın dünyada baş verən siyasi proseslərə və digər dövlətlərə təsir və müdaxilə etmək iqtidarına malikdir. Bundan sonra da Ağ Ev xarici siyasət prioritetlərini dəyişməyəcək. Yaxın Şərqdə baş verən gərgin prosesləri ancaq ABŞ-ın üzərinə atmaq düzgün deyil. Çünki, bəzi dövlətlərdə elə vəziyyətlər yaranır ki, nəticədə inqilablar baş verir. Amerika sadəcə olaraq bunlardan öz xeyrinə istifadə edə bilər. Məsələn, Misirdə baş verən son inqilabda ABŞ-ın əli yoxdur. Misir tarixdən də məlumdur ki, dövləti həmişə avtoritar rejimlər, hərbi xuntalar idarə ediblər. Həmin hərbi xuntalar heç vaxt ölkə vətəndaşlarının lehinə qərarlar qəbul etməyiblər. Göstərilən faktorlar isə ölkədə inqilabın baş verməsi üçün zəmin yaradıb. Ümumiyyətlə, siyasətdə ən asan iş dünyada baş verən hadisələrin hamısını ABŞ-ın üstünə yıxmaqdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00