YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsindən kənarlaşdırılıb

Onun yerinə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini gətirilib

Bu gün hakim yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının konfransı keçirilib. ANS PRESS-in Modern.az-a istinadən verdiyi məlumata görə, konfransda təşkilatın rəhbərliyi dəyişib. Belə ki, indiyədək YAP Binəqədi rayon təşkilatının sədri vəzifəsini tutan Nəbi Xəlilov bu postdan kənarlaşdırılıb.   Əvəzində Vüsar İsmayılov hakim partiyanın Binəqədi təşkilatının sədri seçilib.  Modern.az-ın məlumatına görə, yeni sədr V.İsmayılov Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinidir.

Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı 1993-cü ildə təsis olunub. Qurumdan verilən məlumata görə, bu rayon təşkilatının 13500-dək üzvü var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00