Elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir-Əli Həsənov

"Azərbaycan gəncliyinin elitar hissəsinin, AMEA-nın strukturlarında çalışan gənc alim, aspirant və doktorantların qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat və qərarlarını çoх yüksək dəyərləndiririk". Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Şöbə müdiri bildirib ki, elitar gənclik tərəfindən dəstəklənən siyasət yaşamağa layiqdir: "Düşünürük ki, elitar gəncliyin növbəti prezident seçkilərində prezident İlham Əliyevin namizədylini dəstəkləməsi yürüdülən siyasətin qiymətidir, ona verilən dəyərdir. Düşünürük ki, növbəti seçkilərdə bu gənclik fəal şəkildə iştirak edəcək və seçkilərdə öz sözünü deyəcək".
Qeyd edək ki, iyulun 10-da AMEA-nın gənc alimlərinin ümumi yığıncağında bu il keçiriləcək prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlərin bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi qəbul olunub. ("OLAYLAR"İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00