Millət vəkilinin layihəsi Türkiyədə mükafata layiq görülüb

Millət vəkili Elxan Süleymanovun ideya müəllifi və rəhbəri olduğu "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalının Türkiyənin müxtəlif şəhərlərində təqdimat mərasimi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, təqdimat mərasimlərində sözügedən elektron resursu e-jurnalın baş redaktoru Zaur Qəriboğlu və erməni bölməsinin redaktoru Qafar Çaxmaqlı təmsil ediblər. Bundan əlavə, mərasimə türkiyəli qonaqlar da qatılıblar. Mərasimdə "KarabakhİNFO.com" e-jurnalına "Bizim Eyvan" dərgisinin təmsilçisi Sərdar Kozan və Alperen Ocaklarının başkanı Mahmut Comert tərəfindən mükafatlar təqdim olunub. Tərəflər arasında gələcəkdə də qarşılıqlı əməkdaşlıq üçün razılığa gəlinib.
Qeyd edək ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyada tanıdılması məqsədilə yaradılan "KarabakhİNFO.com" e- jurnalı Azərbaycan, türk, rus, ingilis, alman və erməni dilində olmaqla 6 dildə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00