Göksəl Gülbəy: “Biz Ermənistan adlı dövlət tanımırıq”

Ermənilərin təhdidlərinə qarşı olaraq Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinə (ASİM-DER) dəstək ziyarətləri davam edir. ASİM-DER-dən "OLAYLAR"-a daxil olan məlumata görə,  Türkiyə-Azərbaycan Dərnəyinin Avropa təmsilçisi Murat Akaras və Qafqaz Qartalı ləqəbi ilə tanınan kink boks üzrə dünya çempionu Erkan Varol dərnək rəhbəri Göksəl Gülbəylə görüşüblər.  Rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat verən ASİM-DER rəhbəri bildirib ki, əsas fəaliyyətləri ermənilərin dünya miqyasında uydurduqları qondarma "erməni soyqırımı" iddialarını ifşa etməyə yönəlib: "Biz dərnək olaraq beynəlxalq aləmdə  Ermənistan adlı ölkə tanımırıq. Çünki o torpaqlar qədim Türk torprağı olan  İrəvan Xanlığına aiddir. Gün gələcək öz ata torpaqlarımıza dönəcəyik". Türkiyə-Azərbaycan Dərnəyi Avropa temsilçisi və işadamı Murat Akaras isə Türkiyə və Azərbaycanın mənfəətlərini qoruyub, onu müdafiə etmək üçün avropalı rəsmilərlə görüşlər keçirdiklərini deyib. O, ASİM-DER-in fəaliyyətlərinin Avropada da səs saldığını vurğulayıb. Sonda ASİM-DER rəhbəri qonaqlara İrəvan Xanlığı ilə bağlı kitablar hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00