Cəbhədə vəziyyət gərginləşib

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Tovuz  rayonunun Ağdam və Koxanəbi kəndinlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub. Xəbəri Müdafiə Nazirliyi yayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00