XİN əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər

XİN-nin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata əsasən iyulun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nazirliyin rəhbər şəxsləri və əməkdaşları diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər. Nazir Elmar Məmmədyarov ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarı, həmçinin Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" abidə kompleksi önünə əklil qoyub onların xatirəsini yad edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00