Beynəlxalq təşkilatlar moldovalı ombudsmana kömək göstərməlidir
9 İyul 2013 15:56 SiyasətMoldova Ombudsmanının Ermənistan Parlamentindəki çıxışına görə ölüm təhdidi almasına etiraz olaraq "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi bəyanat qəbul edib. "OLAYLAR"-a daxil olan bəyanatın mətnində qeyd edilir ki, Ermənistandakı terrorçu hakimiyyət yaxın tarixdə buna bənzər çox hadisələr törədib. Buna əl atmaq onlar üçün problem deyil, bu gün baş vermiş bu biabırçı hadisə tam əsas verir ki, artıq Ermənistanda insan hüquq və azadlıqları sadəcə kağız üzərindədi: "Aurelia Griqoriunun həyatı təhlükə altındadır. Beynəlxalq təşkilatlar tez bir zamanda bu biabırçı faktla bağlı münasibətini bildirməli və həyatı təhlükə altına düşmüş Moldova rəsmisinə köməklik göstərməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00