Loğoğlu: “Mursinin yenidən hakimiyyətə qaytarılmasının Ərdoğan hökumətinə dəxli yoxdur”
9 İyul 2013 14:34 SiyasətTürkiyə Cumhuriyyət Xalq Partiyası (CHP) başqan müavini Faruk Loğoğlu Ərdoğan hökumətini Misirin daxili işlərinə qarışmaqda ittiham edib. TBMM-da KİV qarşısında çıxış edən Loğoğlu Misirdə baş verən hadisələrə işarə edərək bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası yaxşı olardı ki, Türkiyədə demokratiyanın bərqərar edilməsinə çalışsın. AKP-nin vəzifəsi Misirin daxili işlərinə müdaxilə etmək deyil, nə də ki, Məhəmməd Mursini yenidən hakimiyyətə qaytarmağın da hakim partiyaya heç bir aidiyyatı yoxdur. Partiyanın Suriyanın daxili işlərinə qarışması müəyyən problemləri ortaya çıxardı ki, bundan danışmağın heç mənası yoxdur". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00