İlham Əliyev və Rüstəm İbrahimbəyov arasında debat ola bilərmi?

Novruz Məmmədov: "Azərbaycan cəmiyyətində hazırda buna ehtiyac duyulmur"

Azərbaycan Prezident Adminstrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Londonda keçirilən "Siyasət gündəliyinin formalaşdırılması: Britaniya Azərbaycan əlaqələri Avropa kontekstində" mövzusunda konfransda iştirak edib.Britaniya paytaxtına səfəri zamanı  Novruz Məmmədov BBC Azərbaycan xidmətinə müsahibə verib.O, "Rüstəm İbrahimbəyovla İlham Əliyev arasında prezident seçkiləri öncəsi debat keçirilə bilərmi" sualına cavabında Azərbaycan cəmiyyətində hazırda buna ehtiyac duyulmadığını bildirib.Mehriban Əliyevanın prezidentliyə namizədliyi məsələsilə bağlı isə o, "düşünürəm ki, Mehriban Əliyeva İlham Əliyevi dəstəkləyəcək" cavabını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00