Davudoğlu 12 həmkarına zəng edib

"Olaylar" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Misirdəki son hadisələrlə bağlı 12 ölkənin xarici işlər nazirləri ilə telefon danışığı aparıb. Bu baxımdan Davudoğlu İsveç, Norveç, Finlandiya, Litva, Polşa, Lüksemburq, Hollandiya, Fransa, Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Ketrin Eşton, Braziliya, Qətər, Fars körfəzi ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və Misirdəki son hadisələrlə bağlı demokratiyanın bərpa edilməsi üçün fikir mübadiləsi etdiklərini bildirib. Davudoğlunun həmkarları ilə telefon danışıqlarını davam etdirəcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00