Belarusun Rusiya tərəfindən müharibəyə qoşulmaq ehtimalı və onun mümkün nəticələri

Belarus Rusiyadan bir neçə gün bundan öncə Kiyevdəki səfirliyini bağlayaraq əməkdaşlarını geri çağırdı. Aleksandr Lukaşenkonun bu addımı Rusiya Prezidenti Vladimir Putinlə həmrəy olduğuna işarədirmi? Yoxsa Belarus Rusiya tərəfində Ukrayna ilə müharibəyə qoşulacağının siqnalını verir?

İstənilən halda bəzi mütəxəssislər Lukaşenkonun Putinə bu qədər yaxın olduğu halda onun müharibədə de-yure  iştirak etməməsini təəccüblə qarşılayırlar. De-fakto Belarus Rusiya müharibəyə hazırlıq apardığı gündən Putinin yanındadır. Müharibə ərəfəsində Rusiya-Belarus qoşunlarının genışmiqyaslı təlim keçirdiyini yada salaq. İndi məlum olur ki, bu təlimlər müharibənin çox qısa zamnda başlayacağına bir işarə imiş.

Belarusun Rusiya tərəfindən müharibəyə fəal şəkildə qoşulması barədə ehtimallar getdikcə güclənməkdədir. Ehtiyatda olan general-mayor İhor Romanenko Əl-Cəzirə kanalına verdiyi müsahibədə bildirib ki, Belarus hər birində 800 hərbçi olmaqla 10-15 taktiki taburla Rusiya tərəfindən müharibəyə qoşula və son günlər  ağır itkilərə məruz qalıb irəliləyə bilməyən rus qoşunlarına yardım edə bilər.Onun sözlərinə görə  Belarus qoşunları Moskvanın prinsipial hədəfi olan Kiyevi tutmaqda ona yardım edə bilərlər. Putin hesab edir ki, Kiyevin ələ keçirilməsi ilə Ukraynanın təslim olması birdəfəlik həll olunar. Ukrayna Kəşfiyyat xidməti də Belarusun Rusiya tərəfindən müharibəyə qoşulma ehtimalını yüksək qiymətləndirir. Onların proqnozuna görə Belarus hər birində 5000 hərbçi olan 3 qoşun birləşməsini yardım üçün Rusiyaya göndərə bilər.

Digər məlumatlara görə Belarus qoşunları artıq Lukaşenko tərəfindən idarə olunmur və onların idarəsi rusların əlindədir. Rusiya gizli şəkildə Belarus qoşunlarını Rus qoşunlarına inteqrasiya edir. Mümkündür ki, Belarus hərbçilərinin Rusiyaya faktiki yardımı haqqında ətraflı məlumat verilməyəcək və Lukaşenko axıra qədər qoşun hissələrinin Ukraynada vuruşduğunu inkar edəcək.

Belə isə Belarus Prezidentini de-yure Rusiyaya yardım etdiyini istəməməsinin səbəblərinə baxaq:-Belarusun Rusiya tərəfindən müharibəyə qoşulması Avropa dövlətlərinin Rusiyaya qarşı daha ciddi sanksiya siyasətinə Lukaşenkonun da  məruz qalmasına səbəb olardı,

- NATO Ukraynaya qarşı təkcə Rusiyanın deyil, Rusiya-Ukrayna koalisiyasının vuruşduğunu əsas gətirərək Ukrayna tərəfində müharibəyə qoşula bilərdi  ki, bu da 3-cü dünya müharibəsi və nüvə müharibəsinin başlanması ilə nətcələnərdi;

-Belarusun Rusiya tərəfindən müharibəyə qoşulması daxili-siyasi vəziyyəti gərginləşdirə və Lukaşenkonun hakimiyyəti üçün ciddi təhlükə yarada bilərdi;

- Müharibəyə girmək Ukrayna tərəfindən Belarus ərazisi və şəhərlərinin raket və mərmi atəşinə məruz qalmaq deməkdir və indiki şəraitdə bu Lukaşenko üçün acınacaqlı vəziyyət yarada bilərdi;

-Müharibə olarsa Belarusdan  da Rusiyaya kütləvi qaçqın dalğası başlayar ki, Rusiya Ukraynadan olan qaçqınlarla birlikdə bu yükü qaldıra bilməzdi.

Bu sadaladığımız ehtimallar Belarusun aktiiv şəkildə Rusiyanın yanında yer tutmasının qarşısını alan səbəblərdən bir hissəsidir.Amma birmənalı olara Belarusun müharibəyə qoşulmaycağını söyləmək mümkün deyil. Belarusun Ruslara yardım üçün qoşun göndərməsi bəlkə də Kremlin növbəti planına daxildir (məsələn D planı). Təbii ki, vəziyyət Rusiya üçün getdikcə daha da çətinləşərsə..

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31