Enerji resurslarının bahalaşacağı gözləniləndir
3 Mart 2022 12:11 SiyasətMahir Zeynalov: "Neft-qazın bahalaşması Azərbaycanın maraqlarına uyğundur"
Rusiya-Ukrayna müharibəsi, gözlənildiyi kimi, dünya bazarında neft və qazın bahaşalaşmasına ciddi təsir göstərir. Belə ki, beynəlxalq birjalarda neftin qiyməti 1 barel üçün 112 dollara, qazın tarifləri isə min kubmetr üçün 2100 dollara yüksəlib. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 9,6 dollar artaraq 111,90 dollar olub. Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyulun 8-də 111 dollardan baha (112,05) satılıb. İqtisadçı alim, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov bildirib ki, enerji resurslarının bahalaşması prosesinin bundan sonra da davam edəcəyi gözləniləndir. Çünki müharibə, dünyanın böyük neft-qaz ixracatçısı olan Rusiyaya qarşı sanksiyalar qiymət artımını stimullaşdırır: "Artıq bir çox avropa ölkələri Rusiyanın enerji resurslarından imtina etməyə başlayıblar, daxili ehtiyaclarını isə son illər daha papulyar olan maye qazla əvəz etməyə çalışırlar. Ümumiyyətlə Avropa ölkələri Rusiyadan enerji asılılığından yaxalarını qurtarmağa çalışırlar və illərdir bu istiqamətdə siyasət yeridir, konkret layihələr həyata keçirirlər. Neftdən alınan yanacağın yarısını avtomobillər işlədir, yəni əsas istehlak bu sektorun payına düşür. Ona görə də yanacağa tələbatı azaltmaq üçün inkişaf etmiş ölkələrdə hibrid və elektrik avtomobillərinə keçid sürətləndirilir. Hətta bir sıra ölkələr, o cümlədən Yaponiya 2030-cu ildən sonra daxili yanma mühərrikli avtomobil istehsalını dayandırmaq niyyətindədilər. Elektrik avtomobillərinə keçid üçün stimullaşdırıcı qərarlar da qəbul edilir. Məsələn, Norveç hökuməti elektrik avtomilləri üçün kücələrdə pulsuz enerji yükləmə aparatları quraşdırır. Yəni, belə maşını olan vətəndaş onu pulsuz enerji ilə yükələyə bilər".
Onun bildirdiyinə görə, neft-qazın bahalaşması Azərbaycanın maraqlarına uyğundur, çünki proqnozlardan daha artıq gəlir əldə edirik, makroiqtisadi sabitlik möhkəmlənir, manata təzyiq aradan qalxır, valyuta ehtiyatları çoxalır, hökumətin özünün büdcə öhdəliklərini yerinə yetirmə imkanları artır. 2022-ci ildə Neft Fondunun xərclərinin gəlirlərindən çox olacağı proqnozlaşdırılsa da, neftin 100 dollardan baha olacağı təqdirdə gəlirlərin daha çox gözləniləndir. Belə ki, bu il fondun gəliləri 10,6 milyard manat, xərcləri 12,8 milyard manat proqnozlaşdırılıb. Ancaq gəlirlər dünya bazarında neftin qiymətlərindən asılı olaraq daha yüksək də ola bilər. Fonddan 2022-ci ilin dövlət büdcəsinə transfertin yuxarı həddi 12,7 milyard manat, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 27,8 milyon manat, "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi 17,850 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 34 milyon manat nəzərdə tutulur: "Bu il neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən fonda 765,3 milyon manat bonuslar ödəniləcək. Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir 1,217 milyard manat, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 23,3 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişlərindən 5.3 milyon, Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirin 8,6 milyard manat həcmində gözlənilir. Neft Fondu yaranandan indiyədək dövlət büdcəsinə 123,5 milyard manat ödəyib. 2022-ci ildə gəlirlərində artım nəzərdə tutulan və 30 milyad manata yaxın xərcləri olacaq dövlət büdcəsində neft amili nühüm rol oynayacaq. Belə ki, dövlət büdcəsinin gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisi (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) ilə müqayisədə 1,8 milyard manat və ya 19,3 faiz artımla nəzərdə tutulur. Ötən ilin yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib".
M.Zeynalov bildirib ki, neftin baha olması hökumətin dövlət büdcəsinin gəlilərini və xərclərini, habelə sosial öhdəliklərini vaxtında icra etmək imkanları verir: "Belə ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26,4 milyard manat, xərclərinin 29 milyard manat, kəsirin 2,6 milyard olacağı proqnozlaşdırılır. Bübcə gəlirləri ÜDM-in 32,5 faizini təşkil edəcək ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 3,8 faiz çoxdur. Gəlirlərdə artım nəzərdə tutulub və ilin əvvəlindən əməkhaqları 20% artırılıb. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. 2022-ci ildə də devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı da gözləniləndir. Çünki hökumətin proqnozlarında ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat) nəzərdə tutulur. Buna əsas verən asas amillər - neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan baha olması, ölkənin kifəyət qədər valyuta ehtiyatlarının (51 milyar dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s. Bahalaşmanın təkcə enerji sektorunu deyil, digər sahələri də əhatə edəcəyi gözləniləndir. Rusiya-Ukrayna müharibəsinin uzanacağı təqdirdə dünya bazarında ərzaq və kənd təsərrüfatı məhsullarının da bahalaşacağı gözləniləndir. Əgər 2021-ci ilə bu sahədə dünyada bahalaşmanın əsas səbəbi koronavirus pandemiyası göstərilirdisə, indi qiymət artımına stimullaşdıracaq amil Ukraynada baş verənlər, hətta 3-cü dünya müharibəsi təhlükəsidir. Üstəlik təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasına ciddi təsir etməklə bahalaşmaya səbəb olacaq. 2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Pandemiya dünya bazarında bahalaşmaya səbəb ola biləcək arzu olunmaz şərait yaradıb. İndi bura müharibə amili də əlavə olunur. Ümumiyyətlə, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimi dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Bütün bunları nəzərə alsaq, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm ahəmiyyət daşıyır. Cünki dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınır. Keçən il ölkəmizdə ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2021-ci ildə 2,1 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib ki, bu da ümumi idxalın 18%-ni faizini təşkil edir".
Alim