“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən – Goyçə mahalının səmavi ruhu... (XXIII yazı)
23 Dekabr 2021 09:47 Siyasət Qismət Yunusoğlu, `
Bakı Dövlət Universitetinin müəllimi
Qərbi Avropa və regional mətbuat səhifələrində 2021-ci ilin yayında aşağıdakı məzmunda növbəti saxta, uydurma və yalan məlumat yayılmışdır:
-Yunan həkim və tarixçi Anastasios Mavrakis Türkiyə Cumhuriyyətinin Sivas bölgəsində (Fərat çayının mənbəyi yaxınlığında, Malatya və Kayseri şəhərləri, Pinərbaşı və Dərəndə yaşayış məntəqələri arasında) Gürün şəhərində guya hay kilsəsinə və hay sürüsünə məxsus "Müqəddəs Ana"məbədi aşkar etmişdir və "məlum olmuşdur" ki, bu bölgə tarixən hayların sıx məskunlaşdığı ərazidir.
Hay kilsəsinin və ibtidai insan-hay sürüsünün Türk-Müsəlman dünyasına qarşı minilliklər boyunca sərhədbilməz xəyanəti, hiyləgərliyi, düşməncəsinə əməlləri formaca fərqli olsa da, məzmunca eynidir. Həm də əzəli Türk-Müsəlman ərazilərində tarixən təşəkkül tapan kökənli maddi-mədəni, dini-sakral... ocaqlarını, ruhsal-duyğusal irs nümunələrini etnomorfoloji baxımdan "erməni"ləşdirmək, əgər bu cür olmasa-məhv etmək, Türk-Müsəlman izini yer üzündən silmək və yox etmək bu sürünün milli-irqi məqsədi olmuşdur.
Ümumilikdə, Bütöv Azərbaycan da, eləcə də Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı da hay kilsəsinin bu mürtəce niyyətinə şərik olmuş birləşmiş düşmən sıralarının hədəfinə çevrilmiş və çox təəssüf ki, bu saxta hiylələr məhv edilməsi (amma, mümükün olacaq!) çətin olacaq güclü bir şəbəkə kimi hazırda da fəaliyyətdəddir.
Göyçə mahalı (təbii-coğrafi ərazi baxımından Göyçə gölünü əhatələyən-Basarkeçər, Çəmbərək, Zəngikənd, Kəvər və Qaranlıq nahiyələr və kəndlər, yurdlar, obalar...) dini-mənəvi tariximizin zəngin səhifələrini özündə yaşatdığı üçün dinsiz hay kilsəsi tərəfindən Türk-Müsəlman dünyasının bu sakral mədəniyyətinə qarşı soyqırım qətliamları törədilmişdir. Əsrlərlə davam edən bu acı faciələrə baxmayaraq İlahi Haqqa tapınan bu ruhani-irfani inanc məkanları (məqamları) xalqımızın milli-mənəvi xəzinəsindən və yaddaş-təfəkkür irsindən silinməmiş, qorunub saxlanılmışdır.
Eləcə də bütünlüklə Türk-Müsəlman mənşəli Basarkeçər nahiyəsinin doğma kəndlərində, Sak-Oğuz kökənli yurdlarında...olan müqəddəs ünvanlı maddi-dini abidələrimiz kimi.
Göyçə gölünün cənub-şərq əraziləri, Şərqi Şahdağ silsiləsi arasında tərəkəmə-rəncbər elatının kəndləri (Qırxbulaq, Şişqaya, Gödəkbulaq, Tüstülü, Yuxarı və Aşağı Zağalı, Çaxırlı, Babacan, Dərəkənd, Pəmbək, Göysu, Qaraiman, Qaraqoyunlu, Hüseynquluuşağı (Nərimanlı), Sarıqaya, Daşkənd...) xristianlığaqədərki və Alban mədəniyyətinin maddi-tarixi irsi ilə yanaşı, qədim-əski qəbirstanlıqlarla, ibadət ocaqları, dini-irfani təlim mərkəzləri, ziyarət məkanları... ilə bölgə üzrə tanınmışlar.
Xüsusilə qədim (yaşı e.ə.III-II əsrdən hesablanan) Alban mədəniyyətinə məxsus (tədqiq edilməmiş və ya hay kilsəsi tərəfindən XX əsrdə "erməni"ləşdirilmiş) yazılı daş kitabələrinin, qəbirüstü xaç işarəli daş təsfirlərin, məbəd tikililərinin, naxışlı məişət və bəzək əşyalarının... yayıldığı Göyçə mahalının kəndlərində Türk-Müsəlman dini dünyagörüşü eyni etnogenetik təməl üzərində yaranmış, formalaşmış və inkişaf etmişdir. Çünki, bu üzvü vəhdət minilliklərlə (xristianlığaqədərki Alban mədəniyyəti dövrü ilə ) sayılan tarixə malik olmuş, bu tarixi-coğrafi keçmişi özündə yaşatmışdır.
Bu sırada dini-tarixi irsimizin bir nümunəsi bölgənin Zod kəndinin (1000-dən çox ev vardı) mərkəzi hissəsindəki yaşı e.ə. II-III əsrə aid olan Alban məbədinin (hündürlüyü 4 m, eni və uzunluğu 15-20 m, geniş həyətə malik) qapısı üstündəki xaç təsfiri (sivri sonuclu) və yazı nümunəsinin (2 m boyda daş lövhə üzərində) eynisi olmaqla qonşu Hüseynquluuşağı kəndinin şərqə tərəf 6-7 km məsafədə olan "Daşlı Güney" yerində 1980-ci illərin əvvəllərində qazıntı işləri zamanı tapılmış şüşə kimi hamar daş sütununda (yekə qaya parçasında) da müşahidə olunmuşdur. Və yaxud, kənddən 200-300 m aralı, "Ocaq təpə" adlı sahədə 1985-ci ildə yazılı və 25 Alban xaçı naxışlı iri daş parçası (2,5-3 m boyda, eni 3-4 m) üzə çıxarılmışdı.
Adından da bilindiyi kimi həmin yerin əski ibadət və ziyarət ocağı olduğu güman edilir və o yerin ətrafında ancaq taxıl əkilirdi.
Qaraqoyunlu kəndi istiqamətində 2 km aralıda (kəndin cənubunda), Hüseyn çayının yuxarı hissəsində keçən əsrin 70-80-ci illərində torpaq kurqanlarda qazıntı aparılarkən tapılan küpələrdə qaralmış buğda dənələri vardı, eləcə də oradan rəngli-naxışlı kaşı, saxsı nümunələri də üzə çıxarılmışdı.
Yaşlı sakinlərdən Məşədi İsmayıl Alı oğlunun (1859-1937), Molla Nəcəf Alı oğlunun (1867-1937), Qasım Molla Cəfər oğlunun (1906-1986)... söyləmələrinə görə, Hüseynquluuşağı kəndinin əski yurdu yuxarı tərəfdə, "Ağıllar yüksəkliyi"ndə salınıbmış, o yer də bərəkətinə görə xüsusi qorunan ərazi olub.
Xalqımızın müdrik şairi və ozanı, 200 illiyi Böyük Turan ellərində böyük coşqu ilə keçirilən Aşıq Ələsgər Alməmməd oğlunun (1821-1926) doğma Ağkilsə kəndi də (eləcə də Aşığın Dədə-Soy ocağı) bu mənada xüsusi tarixə malikdir. Deyilənə görə, Şah İsmayıl Xətai ilə (1487-1524) soy-qan qohumluğu olan Aşıq Ələsgərin ulu babası Talıbxan Dədə (kəndin əsasını qoyanlardan biri) XVI əsrin əvvəllərində Cənubi Azərbaycanın Ərdəbil mahalının Şeyx ocağının müridlərindən olmuş, dini-irfani təriqətin sədaqətli davamçısı kimi Göyçə mahalına köç etmiş və burada, Ağkilsə kəndində məskunlaşmışdır (Məşədi Xavərlər, Həllaclılar tayfası olmaqla).
Bütöv Azərbaycanın Səfəvi hökmdarı Şah İsmayıl Xətainin mürşidi Sarı Yaqub (Zərgərli) kəndində yaşayan Seyid Hüseyn Məhəmməd oğluna (1430-1535) - Miskin Abdala mahalda vergitoplama hüququ verən Fərmanı indiyədək qalmaqdadır. Eləcə də, "Şah düşən yer" adlı oylaq (Çəmbərək nahiyəsinin Ağbulaq kəndi yaxınlığında) Ş.İ.Xətainin adı ilə, bu yerə etdiyi səfərlə bağlıdır.
Qərbi Azərbaycan mədəniyyətinin aşıq məktəbinin banilərindən olan Miskin Abdal həm də bu bölgədə Sufi-irfani təliminin filosofu, müdrik rəhbəri olmuşdur, "Zərgərli" ruhani icmasını, Sarı Yaqub kəndində (200-ə qədər evli) dini-irfani məktəbi yaratmışdır.
Miskin Abdal ocağını (evi bir mərtəbəli, iki otaqdan ibarət, kəndin yuxarısında, dağın döşündə, dərənin arasında idi, ocağın qoruyucusu Əsmətel anaydı) 1918-ci ildə hay-daşnak quldurları söküb-dağıtmaq istəyəndə evin ağac tiri biri düşür quldurun başına, öldürür, onunla da düşmən oranı tərk edir. Bu müqəddəs irfani-sufi ocağında Miskin Abdalın çuxası, atının dağdağan boyunduruğu, çulu, piyaləsi... saxlanılırdı. Ocağı ziyarət edənin niyyəti qəbul olunurdusa, piyaləyəyə tökülən bir damcı su aşıb-daşır, piyalədən kənara tökülürdü...
Bir cəhəti qeyd etmək lazımdır ki, Ərdəbil və Sulduz mahalından köçən Sufi-irfan sahibləri, müridlər-mürşidlər bu məskunlaşma ocağı üçün müqqədəs yurdu, sakral-irfani ruhların məkanını təsadüfi seçməmişlər.
Ağkilsə kəndinin ortasında, aşıq Ələsgər ocağından 200 m aralıda ağ daşdan inşa edilmiş və yaşı IV-V əsrə aid Alban məbədi (düzbucaqlı şəkildə, üstü tağbəndli, hündürlüyü 10 m, eni və uzunluğu 10 m x 20 m, içəri geniş, böyük zal olmaqla, həyəti 30 m x 40 m) daş örtükdən ibarət idi. Qapının üstündə 2 m boyda daşa sivri başlıqlı xaç həkk edilmişdi (hay kilsəsinin istifadə etdiyi xaş təsfirindən tamam fərqli).
1970-ci illərdə Basarkeçər rayon İcraiyyə Komitəsinin sədri Bilal Xəlil oğlu Məmmədov (1914-1975, aşıq Ələsgərin qardaşı oğlu) məbədin içərisindəki divarlarda (1,5 m x 1 m ölçülü daş lövhələrdə, eləcə də kilsədə çoxlu əski Alban əlifbalı kitablar var idi) yazı nümunələrini oxumaq üçün Üçmüəzzin kilsəsindən hay keşişlərini və İrəvan şəhərindən alimləri dəvət etmişdi kəndə, heç biri yazıları oxuya bilmədilər, bu yazıların haylara aid olmadığını bildirdilər. Daş kitabədəki zərif ilmələr milli xalça naxışlarımızın eynisi idi.
Məbədin arxa divarından 2 -3 m aralı bulaq axırdı, suyu Hüseyn çayına (bu çay kəndin cənubunda, 2 km aralıda axırdı) tökülürdü.1973-cü ildə kənddən kənarda, məbəddən 300-400 m aralıda torpaq qazıntısı zamanı saxsı su boruları (hərəsi 2 m uzunluqda) üzə çıxanda, həmin bulaqda su qurudu, kəsildi, sonra bərpa edildi.
Kəndin yaxınlığındakı "Ocaq yeri"ndə Alban sakral mədəniyyətinin daş lövhəsi xaç təsfirli və xüsusi naxışlı idi (eni 3-4 m, uzunluğu 6 m).
Ağkilsə kəndinin cənubunda, 2,5 km məsafədə olan "Yelvə dərəsi"ndəki talada "Bəzirxana ocağı"nda 3-4 ədəd daş küplər (hərəsi 20 litr tutuma malik) tapılmışdı, həmin yerə yaxın qayalıqdan isə bulaq çağlayıb axırdı.
Aşıq Ələsgər mükəmməl dini-irfani biliyə və ruhsal-duyğusal təbə malik olduğu kimi, onun qardaşı oğlu ustad şair, el aşığı Növrəs İman-İman Məşədi Salah oğlu da (1903-1932, itkin düşüb) hafizlərdən olub, Hüseynquluuşağı kəndində dini təhsil almış, ruhani dünyagörüşünün hikməti və bilgisinin aşiqi olduğundan əmisi onun haqqında deyib:
-Bu bədən bu başı gəzdirə bilməz...
İmandan qalma bir beytdə deyilir:
Gəldi Məhərrəmlik, kəsdi aranı,
Getmək olmaz bir diyara, çətindir...
Növrəs İman dini-irfani dünyagörüşünə görə təqib olunmuş, bir müddət Kəlbəcər nahiyəsinin Seyidlər kəndində yaşamışdır...
Göyçə mahalının Ağkilsə, Sarı Yaqub, Zod...kəndlərində irfani-ruhani dünyagörüşünün təşəkkülündə dini təlim-tədris ocaqlarının, din xadimlərinin... yeri mühüm tarixi mərhələ təşkil etmişdir. Belə ki, Ağkilsə kəndinin yuxarısında, Hacılar məhəlləsində Hacı Kərim və Hacı İbrahim tərəfindən tikilmiş, 200 illik yaşa malik Cümə məscidi (4 m hündürlüklü, 10 m x15 m ölçüdə, 4 m-lik ağac sütunları xüsusi bəzəkli və naxışlı olan bir otaqlı və artırmalı, giriş qapısının üstündə və sol yanında daş parçasında yazılı) 1920-ci ilədək nahiyədə tanınmış dini-tədris mərkəzində (mədrəsədə), məşhur hafizlərin çalışdığı irfan ocağında həm də dünyəvi elmlər öyrədilmişdir.
Bu barədə həmin ocaqda mükəmməl təhsil almış Nağı Nəcəf oğlu (1883-1943), Güləndam Hüseyn qızı (1891-2003), İman Həmzə oğlu Hacıyev (1890-1986)... unudulmaz xatirələrini tez-tez yada salırdılar...
Alban dini-sakral mədəniyyətinin memarlıq-arxitektura üslubunda Göyçə mahalının Ağkilsə, Zod... kəndlərində inşa edilən məbədlərin eyniliyi Kəlbəcər rayonundakı Dədəvəng, Daşkəsən rayonunun Bayan, Çovdar, Qabaqtəpə... kəndlərindəki dini-ibadət ocaqları ilə müqayisədə təsdiqini tapmışdır.
R.S. Göyçə mahalının Zəngikənd nahiyəsinin adı çar Rusiyasının hökmdarı I Pavelin (1754-1801) qızı Yelena Pavlovnanın (1784-1803) şərəfinə 1935-ci ilədək "Yelenovka" adlanıb, sonra hay kilsəsi "Sevan" kimi dəyişib.
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin Hüseynquluuşağı və Ağkilsə kənd sakinləri Hacı Novruz Məhəmməd oğlu İsmayılovun (1932), Akif Oruc oğlu Cəfərovun (1954) məlumatlarından istifadə edilmişdir.)