“Azərbaycanın  dəhliz diplomatiyası və postmüharibə dövrü regional vəziyyət konsepsiyası Brüsseldə özünün tam təsdiqini tapdı”- Aydın Quliyev

Prezident İlham Əliyevin Brüsseldə Ermənistanın baş naziri Nikol Paşınyanla görüşü ilə bağlı Olaylar.az-a  açıqlama verən siyasi ekspert, "Bakıxəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Soçi görüşməsindən sonra Brüsseldə Avropa birliyinin vastəçiliyi ilə aparılan danışıqların  nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur. Brüssel müzakirələri, Soçi müzakirələrinin və razılaşmalarının həm davamı, həm də müəyyən istiqamətlərdə Soçi razılaşmalarının daha da möhkəmləndirilməsi və  konkretləşdirilməsidir. Soçi görüşündən sonra Ermənistan tərəfində, Brüssel görüşü ilə bağlı bir məyusluq hiss olunurdu. Açıq-aşkar görsənirdi ki, Ermənistan Brüssel görüşündən öncə hər hansı bir Soçi razılaşmasının, ümumiyyətlə Rusiyanın moderatorluğu ilə hansısa bir razılaşmanın olmağında maraqlı deyildi. Çünki yaxşı başa düşürdülər ki, Brüssel görüşünə qədər Rusiyanın moderatorluğu ilə hansısa razılaşma əldə edilərsə artıq Brüssel müstəvisində Ermənistanın hansısa yeni, orginal uğurlar əldə edə biləcəyi ehtimalı zəifləyir və sıfra düşür.

"Həqiqətən də belə oldu. Çünki, Soçidə əldə olunmuş razılaşmalara daban-dabana zidd olan, hər hansı bir müqavilə və yaxud  fikir Brüsseldə nəinki səsləndirilmədi, hətta Soçi razılaşmalarının tamamilə davamı onun möhkəmlənməsi və konkretləşdirilməsi kimi yozula biləcək addımlar atıldı, qərarlar verildi. Ermənistanın Brüssel razılaşmasından sonra bəzi məsələlərdə manevr imkanları demək olar ki, xeyli dərəcədə daraldı. Brüssel görüşünə qədər  Ermənistan müəyyən məsələlərin həyata keçirilməsi üçün açıq-aşkar təxribatlarla məşqul idi. Bəzi məsələləri həyata keçirməkdən imtina edirdisə, bu istiqamətlərdə Ermənistan icrası məcburi olan, bir sıra qərarların məsuliyyəti altına salınmış oldu. Bunlar Zəngəzur dəhlizinin açılması, dəmir yolunun və paralel olaraq avtomobil yolunun açılması,  Sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupunun yaradılması, minalanmış ərazilərin xəritəsi ilə bağlı, müharibədən sonra Ermənistanın məsuliyyəti və cinayətkarlığı üzündən Azərbaycan torpaqlarında dinc əhalinin və hərbiçilərin qeyri-döyüş şəraitində həlak olmasına gətirib çıxaran halların aradan qaldırılması ilə bağlı, minalı sahələrin təmizlənməsində Azərbaycana Avropa strukturlarının dəstək verməsi ilə,  müharibədən sonra dağıdılmış ərazilərin bərpasında Azərbaycanın bölgələrinə Qərb investisyasının daha surətlə axmasına şərait yaradılmasından ibarətdir. Ən əsası isə Ermənistanın Azərbaycana sülh sazişi imzalanmasına bir çağırışın edilməsidir. Doğrudur indiyə qədərdə belə çağırışlar var idi. Amma bu çağırışın artıq Brüsseldən səslənməsi, Ermənistan üçün tamamilə yeni, məcburedici bir reallıqdır. Hardasa Ermənistan rəhbərliyi Avropadan onların mənafeyindən uyğun qərarların qəbul edilə biləcəyinə ümid edirdilər. Xüsusilə də Ermənistanın ümidi bu idiki Brüsseldə Minsk qrupunun həmsədrləri formatının davam etdirilməsi, Qarabağın statusu ilə bağlı hansısa müzakirələrə açıq eham ediləcəyilə bağlı müəyyən fikirlər söyləniləcək. Ermənistan Minsk görüşündən bunları xüsusilə gözləyirdi. Amma görünür ki, Ermənistanın gözləntisi nəinki doğrulmadı, hətta bu görüşdə Minsk qrupunun həmsədrləri ilə bağlı formatı, Dağlıq Qarabağ münaqişəsi, status məsləsi və s bu kimi anlayışlardan ümumiyyətlə istifadə edilmədi. Əksinə Avropa birliyinin yüksək vəzifəli  rəsmisi tərəfləri münaqişəyə son qoymağa və sülh sazişi imzalamağa çağırış etdi. Bu o deməkdir ki, Avropa birliyi faktiki olaraq Azərbaycanın Qarabağ münaqişəsinin bitdiyi tarixə qovuşdu kimi bir konsepsiyası ilə tam şəkildə razılaşdı. Əgər Avropa birliyi münaqişənin bitməsilə bağlı Azərbaycanın mövqeyilə razı olmasaydı, o zaman münaqişəyə son qoyularaq sülh sazişinin imzalanmasına çağırış etməzdi. Yəqin ki, Ermənistanda da bunu yaxşı anlayacaqlar ki,  artıq Avropa birliyi ilə indiyə qədər əldə olunmuş naliyyətlərin, 10 noyabr sənədinin, 11 yanvar sənədinin və 26 noyabr Soçi razılaşmasının sənədləri üzərində prosesin sonraki mərhələsinin açılmasında və tarixə, keçmişə dönüş edilməsində qəti şəkildə maraqlı deyil. Fikrimcə Azərbaycanın  dəhliz diplomatiyası və postmüharibə dövrü regional vəziyyət konsepsiyası Brüsseldə özünün tam təsdiqini tapdı. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyini hələ Brüsseldən öncə ortaya qoymuşdu. Ermənistan bunu konkret şəkildə icra etməlidir və NATO-da da  Azərbaycan prezidenti konkret səsləndirdi ki, Zəngəzur dəhlizi Laçın dəhlizinin tam analoqu olmalıdır. Yəni hər ikisi ya dəhliz statusunda olmalıdır maneəsiz keçidi özündə  ifadə etməlidir, ya da  heç biri maneəli keçidi özündə ifadə etməli deyil. Nəticədə isə Zəngəzur dəhliznin maneəsiz şəkildə işləməsi fikri Brüssel bəyənatlarında da öz əksini tapdı. Bir sözlə Brüssel bəyənatları Soçi razılaşmalarının davamı, məntiqi mğhkəmləndiriliməsi və konkretləşdirilməsi olmaqla Azərbaycan diplomatiyasının növbəti uğuru sayıla bilər"

 Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31