Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək - Sahibə Qafarova

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında nümayəndə heyərinin Sankt-Peterburq şəhəri barədə məlumat verib. "Olaylar"ın məlumatına görə, spiker  qeyd edib ki, Sankt-Peterburq şəhərinə səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək idi. Bizim iştirak etdiyimiz ilk tədbir noyabrın 25-də keçirilən beynəlxalq konfrans oldu. Konfransda müzakirələr üçün aktual bir mövzu seçilmişdi: "Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri".  Etdiyim çıxışda, digər məsələlərlə yanaşı, Azərbaycanın COVİD-19 pandemiyasına qarşı qlobal səylərə verdiyi töhfələr, ölkəmizdə bu bəla ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər və səhiyyə sistemində əldə edilən uğurlar haqqında mən məlumat verdim:

"Noyabrın 26-da MDB-nin Parlamentlərarası Assambleyasının əlli üçüncü   plenar iclası keçirildi və həmin iclasda etdiyim çıxışda mən, bir sıra məsələlərə münasibət bildirməklə yanaşı, məlumat verdim ki, 44 günlük Vətən müharibəsində Qələbə sayəsində azad olunan ərazilərimizdə  geniş miqyaslı yenidənqurma və bərpa işlərinə başlanmışdır. Bildirdim ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası barədə Ermənistana bir sıra təkliflər vermişdir. Qeyd etdim ki, biz regionda sabitlik və firavanlıq istəyirik, müharibə barəsində deyil, sülh və gələcək haqqında danışmaq istəyirik. Sankt-Peterburqa səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Rusiya Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matviyenko, Özbəkistan Ali Məclisi Senatının Sədri xanım Tənzilə Narbayeva, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru cənab Hans Klüqe ilə aparılan danışıqlar, düşünürəm ki, səmərəli oldu. Görüşlərdə Birinci Qarabağ müharibəsi zamanı 4 min itkin düşmüş insanlar haqqında,  44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında da məlumat verildi, eyni zamanda, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi mühüm məqamlara toxunuldu".  

S.Qafarova İspaniya səfəri barədə də məlumat verib. Bildirib ki, Milli Məclisin nümayəndə heyətinin İspaniyanın paytaxtı Madrid şəhərinə səfərinin məramı  Parlamentlərarası İttifaqın yüz qırx üçüncü  Assambleyasında və bu Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək idi. Belə ki, noyabrın 27-də Parlamentlərarası İttifaqın yüz qırx üçüncü  Assambleyası keçirildi. Toplantıda "Demokratiyanın üzləşdiyi müasir çağırışlar" mövzusunda müzakirələr aparıldı: "Mən Assambleyada çıxış edərək bildirdim ki, hazırda yaşadığımız dövr öz mürəkkəb çağırışları ilə dünya birliyinin üzərinə ağır yük qoyur. Qeyd etdim ki, milli parlamentlər də  öz fəaliyyətlərini  yeni şəraitin tələblərinə uyğun şəkildə qurmalıdırlar. Çıxışımda bunu da qeyd etdim ki, dünya birliyi əvvəlki təcrübəsinə əsaslanaraq pandemiya şəraitində növbəti addımlara hazır olmalı və COVID-dən sonrakı bərpa mərhələsinə daha çox diqqət yetirməlidir. Bildirdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT çərçivəsində COVID-19-a qarşı yüksək səviyyəli qlobal bərpa paneli yaratmaq təşəbbüsü ilə çıxış etmişdir. Bu panel pandemiyadan sonrakı dövrdə qlobal səviyyədə görüləcək tədbirlərə dair tövsiyələrin hazırlanmasına yönəlməlidir. Bunu da bildirdim ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatla Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur və bu münaqişə artıq tarixə qovuşmuşdur. İndi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipinə əsasən sülh sazişi üzərində işə və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamaq lazımdır. Çıxışımda, həmçinin ümidvar olduğumu da ifadə etdim ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 26-da keçirilmiş son görüşü nəzərəçarpacaq nəticələr verəcək, sülh sazişinin imzalanmasına və regionda kommunikasiyaların bərpasına yol açacaqdır. Bu baxımdan vurğuladım ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın işğalından azad edilməsi bizə bu ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlamağa imkan verib. Bu işlər bizim 1 milyon məcburi köçkünümüzün öz yurdlarına qayıtmasını təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq noyabrın 28-də Madrid şəhərində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirildi. Əlliyə  yaxın ölkədən iki yüzə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Milli Məclisin Sədri kimi mən açdım. Çıxışımda qeyd etdim ki, altmış il əvvəl yaradılan Qoşulmama Hərəkatının təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlüyü dünyada ikinci ən böyük beynəlxalq təsisatın formalaşmasına gətirib çıxarmışdır. Tədbir iştirakçılarının nəzərinə çatdırdım ki, təşkilatın 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş Zirvə toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının iştirakçısı olan dövlətlərin parlament üzvləri ilə qarşılıqlı əlaqəni və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul etmişlər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlament üzvlərinin mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Mən öz çıxışımda bildirdim ki, təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə  parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq".

Sədr bildirib ki, onun moderatoru olduğu təsis iclasında on yeddi nəfər çıxış edib: "Parlamentlərarası İttifaqın Sədri,  Parlamentlərarası İttifaqın Baş katibi, Türkiyə Böyük Millət Məclisinin Sədri,  Pakistan Milli Assambleyasının Sədri, İndoneziya Nümayəndələr Şurasının Sədri, Namibiya Milli Assambleyasının Sədri, Nepal Nümayəndələr Palatasının Sədri, Mərakeş Parlamentinin Sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, İran parlamentinin sədr müavini, Yəmən parlamentinin sədr müavini, eləcə də Misir, Hindistan, Kuba və bir neçə ölkələrin parlamentlərinin nümayəndələri, beynəlxalq təşkilatların Baş katibləri və digərləri öz çıxışlarında Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayaraq təşkilata uğurlar arzuladılar. İclasın sonunda Parlamentlər Şəbəkəsinin təsis edilməsinə dair Madrid Bəyannaməsi qəbul olundu. Bunu da qeyd edim ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək. Madriddə bir neçə ikitərəfli görüş də keçirildi. Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop, Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysər, Ərəb Parlamentinin Sədri cənab Adel bin Əbdülrəhman əl-Asumi ilə və bir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31