Co Baydenin seçki qərargahının rəhbəri Trampı hədələdi
C.Baydenin seçki kampaniyasının meneceri Cen O'Melli-Dillon bildirib ki, hazırkı dövlət başçısının çağırışlarına baxmayaraq, səsvermə nəticələri hələ yekunlaşmayıb.
4 Noyabr 2020 15:21 SiyasətC.Baydenin seçki kampaniyasının meneceri Cen Ochr("39")Melli-Dillon bildirib ki, hazırkı dövlət başçısının çağırışlarına baxmayaraq, səsvermə nəticələri hələ yekunlaşmayıb.
"Səsvermə hər səs sayılanadək davam edəcək. Onlar (Trampın açıqlamalarını nəzərdə tutur) hiddət doğurur, bu, ABŞ vətəndaşlarını demokratik hüquqlardan məhrum etmək deməkdir. Bunun bənzəri yoxdur. Tariximizdə heç bir ABŞ prezidenti amerikalıları səs vermək hüququndan məhrum etməyə çalışmayıb", - deyə C.Baydenin seçki kampaniyasına rəhbərlik edən şəxs bildirib.
O əlavə edib ki, demokratik proses sona qədər davam etməlidir və əgər D.Tramp səslərin sayılmasına mane olmaq üçün məhkəməyə müraciət edərsə, bu səylərə müqavimət göstərmək üçün onlar da vəkil qruplara üz tutacaqlar.
"Onlar da öz növbəsində məhkəmədə qalib gələcəklər", - deyə Cen Ochr("39")Melli-Dillon qeyd edib.(oxu.az)