“Onlar neytral olmasalar, vasitəçi ola bilməzlər”

İlham Əliyev: "Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar"

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı  addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının dəyişdirilməsində maraqlıdır. Bəs bu halda Azərbaycanın Minsk qrupundan gözləntiləri nədən ibarət  ola bilər?

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın "La Republica" qəzetinə müsahibəsində qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar: "Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik".

Hüquqşünas Alim Hüsenli qeyd edib ki, məlum olduğu kimi  ATƏT-in Minsk qrupunda vasitəçi qismində  Rusiya,  Fransa və ABŞ təmsil olunur: "Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün  Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Gümrüdə öz hərbi bazasını yerləşdirib. Fransa bu ölkədə erməni soyqırımı olmayıb deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı  qanun qəbul edib. Amerika Birləşmiş Ştatların dövlət katibi Kerri də daxil olmaqla bir qrup keçmiş senatorunun hələ 1990-cı ildə, yanvarın 18-də SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı məktubun mətni üzə çıxıb. Onlar məktubda  Qorbaçovdan Azərbaycanda qayda yaratmağı, ermənilərə görə azərbaycanlıların cəzalandırilmasını tələb ediblər. Tələbin siyasi xarakteri ondan ibarətdir ki, senatorlar ittifaq rəhbərliyindən şəxsən Qorbaçovdan tələb edir ki, Qarabağı Azərbaycandan çıxarsınlar və onlara öz talelərini ittifaq tərkibində öz istədikləri kimi müəyyənləşdirməyə icazə versinlər. İndi təsəvvür edin ki, bu dövlətlərin təmsil olunduğu Minsk qrupundan hansı ədalətli qərar gözləmək olarmı? Məhz bu kimi amilləri nəzərə alaraq Azərbaycan içtimaiyyəti Minnsk qrupunun formatını dəyişdirilməsi təlifi ilə çıxış edir. Elə prezident İlham Əliyev də müsahibəsində həmsədrlərin neytral olması məsələsini qabardır və hesab edir ki, əks halda həmin dövlətlər vasitəçi ola bilməzlər. Təsadüfi deyil ki, dövlt başçısı qeyd edib ki, "Vasitəçilər Azərbaycanla və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Onlar neytral olmasalar, vasitəçi ola bilməzlər".

Onun sözlərinə görə, Minsk qrupu indiyə qədər  Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  heç bir təsirli tədbir görə bilməyib: "Ötən 27 il ərzində Azərbaycan dəfələrlə  ATƏT Minsk qrupunun həmsədr ölkələrinə öz iradını  bildirib. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə, hesab edirəm ki, artıq vaxtı gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın: "Hesab edirəm ki, bu məqamdan istifadə edib Türkiyənin bu formata daxil olunması məsələsini qaldırmaq olar. Nəzərə almaq lazımdır ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Hesab edirəm ki, Türkiyənin müəyyən imkanları var ki, bu istiqmətdə təsir rıçağını işə salsın. Xüsusilə, Türkiyə Ermənistan ilə sərhəddinin açılmasıni birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. Həmçinin, Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirlməsi məsələsi də gündəmə gətirilməlidir. Düzdür, Azərbaycan əks-hücuma başladığı ilk günlərdə Almaniyanın mövqeyi qeyri-müəyyən olsa da, hazırda bu ölkə də mövqeyini korrektə edib. Bu baxımdan Almaniyanın da Minsk qrupunun həmsədrliyinə gətirlməsi Azərbaycanın xeyrinə olardı. Beləliklə hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə  birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır". 

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31