Ərdoğan Aydanın atası ilə danışdı: "Hönkür-hönkür ağladım" - VİDEO

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün 91 saatdan sonra zəlzələnin uçqunları altından çıxarılan 4 yaşlı Aydanın atası Uğur Gəzgin ilə danışıb.Yeniavaz.com   xəbər verir ki, bu barədə Türkiyə prezidentinin "twitter" səhifəsində video görüntü yerləşdirilib. Rəcəb Tayyib Ərdoğan Aydanın atası ilə telefonla danışarkən Aydanın səhhətini soruşub və hadisədən olduqca təsirləndiyini bildirib:  "Ayda dağıntılar altından çıxarılarkən həqiqətən hönkür-hönkür ağladım. Mən 5 vaxt namazlarımda dua edirəm, Rəbbim səbrlər versin".

Sözügedən görüntünü təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31