“Avropalılara sual verilməlidir, vətəndaşlarınızın Qarabağda nə işi var?” – Erməni terroru və susqun Avropa

"Avropa dövlətləri erməni terrorizmindən lazımi nəticələr çıxarmayıb".

Olaylar.az xəbər veürir ki, bu sözləri açılamasında Ermənistan tərəfində muzdlu və terrorçu qismində vuruşan Avropa əsilli ermənilərin geri dönəndən sonra vətəndaşı olduğu ölkələrdə məsuliyyətə cəlb edilməsi mümkünlüyünə toxunarkən Beynəlxalaq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev deyib.

O təəssüflə bildirdi ki, Avropa hələ də erməni terroru təhlükəsini lazımınca dəyərləndirmir: "Avropa ölkələri "ASALA" terror təşkilatının timsalında daha əvvəl erməni terroru ilə qarşılaşıb. "ASALA" tərəfindən Türk diplomatları və onların ailələri hədəfə alınanda çoxsaylı Avropa vətəndaşları da həyatını itirdi. Amma prosesə baxanda görürük ki, Avropa bundan heç bir nəticə çıxarmayıb.

Hələ də erməni terroru və radikalizminə qarşı yumşaq mövqe sərgiləyirlər. Təəssüf ki, bir çox Avropa dövlətləri İslamlaterrorizmi eyniləşdirdikləri halda, erməniliklə terrorizmi bir araya gətirməkdən çəkinirlər. Halbuki, terrorizmin dini, milləti yoxdur. İlk növbədə avropalılara sual verilməlidir, vətəndaşlarınızın Azərbaycan ərazisində, müharibənin getdiyi Qarabağda nə işi var?"

Həmsöhbətimiz hesab edir ki, Avropa ölkələrinin terrorizmdə iştirak etmiş vətəndaşları cəzasız qalmamalıdır:

"Onlar ya vətəndaşlıqdan çıxarmalı, yaxud, qanunun imkan verdiyi digər ciddi cəza tədbirləri ilə üzləşməlidir. Aydın məsələdir ki, Ermənistan tərəfdə vuruşan bu muzdlu döyüşçülər, terrorçular geri qayıdandan sonra öz radikal düşüncələrini yenidən Avropa ölkələrinə yayacaq. Bu səbəbdən Avropa belələrinə qarşı tədbir görməlidir. Amma görünən odur ki, Avropa bunu etmir. Fikrimcə, Avropa dövlətləri yalnız öz başlarına gəldiyi halda vətəndaşları olan erməni terrorçularına qarşı qəti addım atacaq.Yəni, erməni terrorunun nəticələrini öz üzərlərində hiss etməyincə Avropa bu təhlükəyə ciddi reaksiya göstərməyəcək".

"Tədbir görməlidirlər, amma bunu edəcəklərmi?"

Bu fikirləri isə sayta açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədr müavini Esmira Cəfərova söyləyib:

 

"Azərbaycan tərəfi bununla bağlı çağırış da edib. Digər ölkə vətəndaşlarının hansısa başqa dövlətin ərazisində terrorçu qismində vuruşması, terror törətməsi həm həmin ölkələrin, həm də Azərbaycanın qanunvericiliyinə ziddir. Bu mənada Avropa ölkələri həmin əmələ yol verən erməni əsilli vətəndaşlarına qarşı tədbir görməlidir. Amma bunu edəcəklərmi, bu artıq başqa məsələdir.

Avropada terror hadisələri olur, hamı onu birmənalı olaraq pisləyir. Azərbaycanda isə ermənilərin törətdiyi Gəncəvə Bərdə terroruna Avropanın reaksiyası çox solğundur. Bu onu göstərir ki, Avropa erməni terroruna kifayət qədər diqqət yetirmir".

"Cəza tədbirlərinin olacağını gözləmirəm".

 

Milli Məclisin deputatı Asim Mollazadə isə bu qənaətdədir: "Gözləmirəm ki, Avropa dövlətləri Qarabağda terrorçu və muzdlu sifətilə vuruşan erməni əsili vətəndaşlarına qarşı hansısa bir cəza tədbiri həyata keçirsin. Avropada erməni terroruna göz yumurlar. Dəfələrlə Avropa ölkələrində ermənilər terror hadisəsi törədib və buna göz yumulub. Məsələn, aeroportu partladan erməni terrorçusu Fransa Prezidentinin qərarı ilə azad edildi və sonradan bu şəxs Ermənistanın milli qəhramanı oldu.

Bu hal onu göstərir ki, terrorla mücadilədə Avropa ölkələri beynəlxalq hüquqa istinad etmir. Bunun da nəticəsində erməni terroru Avropada geniş vüsət alıb. Avropanın faşistpərəst qüvvələrilə Ermənistan eyni ideologiyanı bölüşür. Ona görə də terrorla səmimi mübarizə aparmayan Avropanın ermənilərə münasibətdə buna gedəcəyini gözləmirəm".(sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31