Alişer Kadırov Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirlərini təqdir edib

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. 

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, onun  məktubunda  Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31