Macarıstan Milli Assambleyasının Sədri Azərbaycanı dəstəkləyib

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Belə ki, xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31