Ermənistanda gizli dövlət çevrilişi - İkihakimiyyətlilik yaranıb
21 Oktyabr 2020 12:50 SiyasətErmənistanda ikihakimiyyətlikdir.
Olaylar.az xəbər verir ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda qondarma Dağlıq Qarabağ Respublikasının sabiq "prezidentləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Bu gün isə həmin şəxslərlə Ermənistanın sabiq prezidenti Robert Köçəryan görüb.
Bundan başqa dünən Paşinyan Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanla görüşüb. Bu gün isə Köçəryanın Sərkisyanla görüşü baş tutub.
Ekspertlər bildirir ki, Ermənistan hakimiyyətinin daxilində gizli proseslər gedir, hələ ki, müharibəyə görə açıb ağartmırlar.(Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31