Dünən Ermənistan 6 şəhərimizə 498 mərmi atıb - Hikmət Hacıyev
Ermənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.
21 Oktyabr 2020 10:23 SiyasətErmənistanın Azərbaycanlı mülki vətəndaşlara qarşı Müharibə Cinayətləri davam edir.
Olaylar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
Hikmət Hacıyev bildirib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
Tərtər - 423 mərmi
Ağdam - 49 mərmi
Ağcabədi - 24 mərmi
Goranboy - 2 mərmi
Naftalan/Goranboy - "Smerch" raketləri.
Tərtərdə 2 mülki həlak olub, biri yaralanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31